Azərbaycanın eks-prezidenti Heydər Əliyevə Bişkəkdə abidə qoyulacaq. Layihənin təşəbbüskarı kimi Qırğızıstanda yaşayan azərbaycanlıların "Azəri" ictimai birliyi çıxış edib.
Trend in verdiyi məlumata görə, birliyin rəhbəri Akif Allahverdiyev bildirib ki, şəhər hakimiyyəti artıq Razzakov və Toktoqul küçələrinin kəsişdiyi yerdə abidənin qoyulması üçün torpaq sahəsi ayırıb.
Abidə Bakıda hazırlanacaq. Layihə abidənin tarixi tikili olmasını nəzərdə tutur. Bu barədə "Bişkək axşamı" qəzeti yazır.