...

Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycanda islamın hakimiyyətə gəlməsinə zəmin yoxdur

Cəmiyyət Materials 15 May 2006 19:13 (UTC +04:00)

Azərbaycanda islamın hakimiyyətə gəlməsinə zəmin yoxdur. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə məlumat verib.

Azərbaycan bütün regionda və MDB-də dinin daha çox sabit olduğu dövlətdir. Onun sözəlrinə görə, vəziyyəti sabitsizləşdirməyi arzu edən qüvvələr var, lakin onlar o qədər də güclü deyillər. QMİ sədrinin fikrincə, Azərbaycanda islam dövlətinin yaradılması ilə bağlı deyilən fikirlər ciddi deyil və adamlar arasında narahatlıq yaratmaq məqsədilə yayılır.

"Azərbaycanda İslam hakimiyyətə gəlmək niyyətində deyil. Bu gün dövlətin islama, eləcə də xalqın dinə yanaşmasında bunun üçün ilkin şərt yoxdur", -deyə Paşazadə bildirib. Bəzi şəxslərin belə bəyanatları xalqı rüsvay etmək və Avropa dövlətlərini Azərbaycandan uzaqlaşdırmağa xidmət edir",-deyə şeyxülislam bəyan edib.

Xəbər lenti

Xəbər lenti