...

Bakıda bodibildinq üzrə Dünya çempionatı-2007 keçiriləcək

Cəmiyyət Materials 22 May 2006 15:30 (UTC +04:00)

Bakı gələn il paytaxtda bodibildinq üzrə Avropa çempionatı keçirilməsi hüququnu qazanıb.

Milli Federasiyanın (FBBA) prezidenti Rauf Bünyadəliyevin verdiyi məlumata görə, Azərbaycanın namizədliyi Bodibildinq Avropa Federasiyasının (EBFF) və şəxsən onun prezidenti Rafael Santoxa tərəfindən demək olar ki, yekdilliklə dəstəklənib. O, artıq bu təşəbbüsü dəstəkləyən gənclər və idman naziri Azad Rəhimovla görüşüb.

Yarışın təxminən mayın ikinci yarısında keçiriləcəyi müəyyən edilib. Odur ki, təşkilatçıların hazırlaşmaq üçün kifayət qədər vaxtları var.

Qeyd etmək lazımdır ki, 2001-ci ildə Bakı artıq qitə çempioanıtnda iştirak edib və orada bir qızıl və bir bürünc mükafat qazanıb.

Xəbər lenti

Xəbər lenti