...

Rəşad Sadıqov: "Neftçi" qələbə şansını saxlayır, klub birinci yer uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 27 May 2006 15:14 (UTC +04:00)

"Bizim hələlik bir şansımız var. Biz Azərbaycan çempionları titulunu qoruyacağıq". Bu barədə Trend ə "Neftçi"nin müdafiəçisi Rəşad Sadıqov ölkə birinciliyinin sonuncu turu ərəfəsində bəyan edib.

Onun sözlərinə görə, turnir cədvəlində "Bakı" və "Karvan"ın Birlik kuboku sahiblərini qabaqlamasına baxmayaraq komandanın qızıl medal uğrunda mübarizə aparmaq şansı var. "Biz ev oyununda "Xəzər"i mütləq məğlub etmək şərtilə rəqiblərimizin müvəffəqiyyətsizliyə uğrayacağına ümid edəcəyik. Buna görə də nəticə üçün oynamaq lazımdır", - deyə R.Sadıqov vurğulayıb.

O nəzərə çatdırıb ki yalnız bütün oyunçuların birliyi və rüh yüksəkliyinin hökm sürdüyü şəraitdə "Xəzər" üzərində qələbə çalmaq olar.

Xəbər lenti

Xəbər lenti