...

"Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi İranda həbs edilən azərbaycanlı jurnalistlərin azadlığını tələb edir

Cəmiyyət Materials 7 İyun 2006 16:31 (UTC +04:00)

"Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi son günlər İranda həbs olunan azərbaycanlı jurnalistlərlə bağlı İran İslam Respublikasının hökumətinə müraciət edəcək. Trend xəbər verir ki, müraciətin mətni artıq hazırdır.

Qeyd edək ki, Güney Azərbaycanda baş verən məlum hadisələrlə bağlı mayın 25-dən 29-dək 10 jurnalist həbs olunub. Müraciətdə azərbaycanlı jurnalistlərin öz peşə borclarını yerinə yetirərkən həbs olunduqları xatırladılır və İran hökumətindən jurnalistlərin hüquqlarını təmin etmək xahiş olunur.

Məktub yaxın günlərdə İranın Bakıdakı səfirliyinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti