...

Azərbaycanın Mədəniyyət və turizm nazirliyində yeni strukturlar yaradılıb

Cəmiyyət Materials 8 İyun 2006 17:04 (UTC +04:00)

Azərbaycanın Mədəniyyət və turizm nazirliyində yeni strukturlar yaradılıb. Trend in bildirdiyinə görə, bu barədə Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev xəbər verib.

Onun sözlərinə görə, struktur dəyişikliklərinə əsasən yeni yaradılmış nazirlikdə musiqi, təsviri incəsənət, gənclərlə iş üzrə sektor və teatr yaradılıb. Həmçinin investisiya və planlaşdırma üzrə şöbə yaradılıb və bu şöbənin funksiyasına muzey, teatr və digər mədəniyyət obyektlərinin, həmçinin otel və mehmanxanaların bərpası və yenidən qurulması daxildir. Nazirlikdə mədəni irs və nəşriyyat işi üzrə şöbələrin fəaliyyəti genişləndirilib. Ə.Qarayev bildirib ki, nazirlik nəşriyyat işi ilə ciddi şəkildə məşğul olacaq.

Nazir, kadr məsələsinə toxunaraq, qeyd edib ki, keçmiş Mədəniyyət nazirliyinin və keçmiş Gənclər, idman və turizm nazirliyinin Baş turizm idarəsinin keçmiş işçilərinin 80%-indən çoxu öz işlərinin icrasını davam etdirir, əməkdaşların qalan 20%-i isə yeni kadrlarla əvəz olunub. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən Mədəniyyət nazirliyi və Gənclər, idman və turizm nazirliyi ləğv edilib, Mədəniyyət və turizm nazirliyi və Gənclər və idman nazirliyi yaradılıb.

Xəbər lenti

Xəbər lenti