...

Azərbaycan Qılıncoynatma Federasiyası Ukrayna legionerlərini yığmaya dəvət etmək fikrində deyil

Cəmiyyət Materials 10 İyun 2006 15:01 (UTC +04:00)

Azərbaycan Qılıncoynatma Federasiyası Ukrayna legionerlərinin xidmətlərindən imtina etmək fikrindədir.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi xəbərə görə, tərəflər artıq bu məsələ üzrə ilkin danışıqları aparıblar, lakin Kiyevli həmkarlarının təklifi onu qane etmir. "Ukraynada kifayət qədər güclü qılıncoynadanlar var və mən düşünürəm ki, bizim tərəfdən çıxış edərək, onlar Pekin Olimpiyadasına düşmək məsələsini tamamilə həll edə bilərlər. Lakin kəskin rəqabət səbəbindən komanda Oyunların turnir cədvəlində çox qabağa gedə bilməyəcək. Axı biz medalı udmalıyıq, bu işin öhdəsindən isə yalnız Yelena Jemayeva gələ bilər", - deyə Y.Məmmədov vurğulayıb.

Xatırladaq ki, hazırda Afina Olimpiyadasından sonra taym-aut götürmüş qılıncoynadan yalnız indi qaydaya düşməyə başlayır.

Xəbər lenti

Xəbər lenti