...

Abbas Abbasov: "Azərbaycanda istedadlı güləşçilərin yeni nəsli yetişir"

Cəmiyyət Materials 27 İyun 2006 11:56 (UTC +04:00)

"Azərbaycanda Pekin Olimpiadasında ləyaqətlə çıxış edə biləcək istedadlı güləşçilərdən ibarət yeni nəsil yetişir". Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasov Bakıda keçirilmiş "Qızıl Qran-Pri" finalını bu fikirlərlə yekunlaşdırıb. Qeyd edək ki, bu yarışda ev sahibləri 3 qızıl və 4 bürünc mükafat qazanıb.

Trend in xəbər verdiyi kimi, A.Abbasov fəxri kürsünün ən yüksək pilləsinə qalxmış yunan-roma döyüş növü üzrə güləşçi Rövşən Bayramovun (55 kq) çıxışını xüsusi qeyd edib. "19 yaşın içində olan Rövşən olduqca yetkin döyüş nümayiş etdirir. Bunun nəticəsi kimi, gənclər arasında dünya birinciliyinin qızıl və Avropa Çempionatının bürünc medallarına "Qızıl Qran-Pri" mükafatı da əlavə olundu. Komandanın digər üzvlərinin qələbələri ilə yanaşı onun bu uğurları bizi sevindirməyə bilməz", - deyə A.Abbasov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti