...

Ekologiya Nazirliyi Qazax rayonunda ağacların qanunsuz qırılması faktını aşkarlayıb

Cəmiyyət Materials 4 İyul 2006 19:33 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qazax rayonunda ağacların qanunsuz qırılması faktını aşkarlayıb. Trend agentliyi nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu rayonda 5 Eldar şamı kəsilib və həmin ərazi Qazax rayonu İcra Hakimiyyəti tərəfindən satılıb.

Təbiətə dəymiş ziyan 144,75 AZY həcmində müəyyənləşdirilib və cavabdeh E.Qurbanov cərimə olunub.

Nazirliyin 2 saylı dairə şöbəsi reyd zamanı "Çinar" müəssəsinin yük maşınında 20 m3¬ həcmində "trass" adlı faydalı qazıntı məhsulu tapılıb. Araşdırma nəticəsində aydın olub ki, "Çinar" "Ağdağlar" ərazisində torpağın 1454 m2 üst qatını götürüb. Nəticədə 116 m3 münbit torpaq qatı yararsız hala gətirilib, təbiətə 6446,00 AZY həcmində ziyan vurulub.

Xəbər lenti

Xəbər lenti