...

TQDK iyulun 17-dən avqustun 17-dək orta ixtisas məktəblərinə sənəd qəbulu keçirir

Cəmiyyət Materials 12 İyul 2006 19:18 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 17-dən avqustun 17-ə qədər Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət orta ixtisas təhsilli məktəblərinə əsas (9 illik) təhsil bazasında sənəd qəbulu keçirir. Trend xəbər verir ki, sənədlərin qəbulu mərkəzləşdirilmiş qaydada orta ixtisas təhsilli məktəblərində və Azərbaycan Texniki Universitetinin idman zalında yaradılan Sənəd Qəbulu Komissiyalarında (SQK) keçiriləcək.

Xüsusi qabiliyyət tələb edən ixtisasları (musiqi, rəssamlıq, bədən tərbiyəsi) seçən abituriyentlər iyulun 17-dən 31-dək seçdiyi ixtisasın aid olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərək qabiliyyət imtahanının cədvəlini götürməli, iyulun 20-dən avqustun 15-dək seçdiyi ixtisasın aid olduğu təhsil müəssisəsində qabiliyyət imtahanı verməlidir.

Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunur. Müsabiqəyə ümumi balı 10-dan az olmayan abituriyentlər buraxılır.

Xəbər lenti

Xəbər lenti