...

Azərbaycanın Səhiyyə Nazirliyi Xanlarda xəstəxananın inşası üzrə tender elan edib

Cəmiyyət Materials 21 İyul 2006 10:55 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi Xanlar rayonunda xəstəxananın inşası üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, 180 çarpayılıq xəstəxana 2007-ci il noyabrın sonunadək hazır olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər avqustun 30-dək 1200 AZN köçürməli və öz təkliflərini təqdim etməlidir. Tender proseduru sentyabrın 3-də keçiriləcək.

Səhiyyə Nazirliyi bu işləri 2006-2007-ci illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər planı çərçivəsində həyata keçirir. Tədbirlər planına əsasən, Badamdar qəsəbəsində 25 çarpayılıq uşaq xəstəxanası, Kişlədə uşaq poliklinikası, Şüvəlanda 5 saylı uşaq vərəm dispanserində isə 50 çarpayılıq əlavə otaqlar inşa ediləcək.

Bu il 2006-cı il üçün investisiya proqramı çərçivəsində Bərdədə 60 və 25 çarpayılıq uşaq xəstəxanalarının inşası başa çatacaq. Bütün tikinti işləri dövlət vəsaiti hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti