...

ATƏT-in Bakı ofisi: Hədə-qorxusuz, məsuliyyətli jurnalıistika Azərbaycanda demokratik dəyişikliklər üçün əsas şərtdir

Cəmiyyət Materials 21 İyul 2006 19:17 (UTC +04:00)

Bu gün ATƏT-in Bakıdakı ofisi azad medianın iqtisadi, demokratik və sosial inkişafa şərait yaratmasını xüsusi vurğulayaraq Azərbaycanın Milli mətbuat gününü qeyd edib.

"Bu gün biz yaxşı jurnalistikanı və mətbuat azadlığını qeyd edirik" - bu sözləri ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivord Azərbaycan KİV nümayəndələrinə ünvanlayıb.

"Biz öz professional və cəsarətli işi ilə əsas diqqəti şəffaflığa, dəqiqliyə və yaxşı iş qurmağa yönəldənləri təbrik edirik."

Bəzi qəzetlərin borclarının prezident tərəfindən bağışlanması və informasiya əldə edərkən qanunlara əməl olunması ilə yanaşı, Sivord hələ də həll oluna biləcək məsələlərin olduğunu qeyd edib.

"Bu cür xüsusi gündə biz Azərbaycan hökümətini jurnalistlərin təhlükəsizliyi və jurnalistlərə qarşı olan cinayətlərin cəzasiz qalmaması üçün öz cəhdlərinə və vəzifələrinə yenidən baxmağa çağırırıq".

Milli Mətbuat günü 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə çap olunan "Əkinçi"qəzetini xatırlamaqla qeyd olundu.

Xəbər lenti

Xəbər lenti