...

Ahıska türkləri "Vətən" Cəmiyyətinin nümayəndə heyəti Krımda tatarların etiraz mitinqində iştirak edib

Cəmiyyət Materials 24 İyul 2006 12:49 (UTC +04:00)

Azərbaycan Ahıska Türkləri "Vətən" Cəmiyyətinin nümayəndə heyəti Krımda səfərdə olarkən Krım tatarlarının ruslara etiraz mitinqində iştirak edib. Bu barədə Trend ə adıçəkilən cəmiyyətin sədri İbrahim Burxanov bildirib.

Qeyd edək ki, Azərbaycan Ahıska Türkləri "Vətən" Cəmiyyətinin üzvlərinin ötən həftə Krıma etdikləri səfərlərinin məqsədi 1944-cü ildə Özbəkistan və Qazaxıstana departasiya olunan Krım tatarlarının vətənə repartriasiya olunarkən üzləşdiyi problemlərlə maraqlanmaq olub.

İ.Burxanov bildirib ki, Krım tatarları əsasən Bağçasarayda məskunlaşıblar: "Bağçasarayın Əzizlər deyilən bir bölgəsində Krım tatarlarının qədim abidələri, türbələri var. Ruslar bu abidələrin yerində bazar salmaq istəyirlər. Buna etiraz olaraq keçirilən mitinqdə biz də iştirak etdik". İ.Burxanov əlavə edib ki, səfərdə Krım tatarlarının lideri Mustafa Cəlilov, Krım tatarları Milli Məclisinin Qadın-Qızlar Birliyinin sədri Səfinar Cəlilov, Baxçasaray rayonunun rəhbəri İlmi Umarovla görüşüblər.

İ.Burxanov bildirib ki, görüşlərdə tatarların vətənə repartriasiya zamanı üzləşdiyi problemlərdən söz açılıb. Ahıska türkləri tatarların bu məsələ ilə bağlı təşkil etdikləri seminarlarda iştirak ediblər.

Qeyd edək ki, ahıska türkləri Krımdan Bakıya iyulun 23-də qayıdıblar.

Xəbər lenti

Xəbər lenti