...

AFFA Azərbaycan çempionatında iştirak etmək üçün klublardan ərizə gözləyir

Cəmiyyət Materials 27 İyul 2006 13:52 (UTC +04:00)

AFFA avqustun 5-də başlayacaq növbəti Azərbaycan çempionatında iştirak etmək üçün klubların ərizələrini gözləyir.

Yarışların keçirilməsi üzrə Departamentin başçısı Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, komandalar avqustun 1-dək bütün lazımi sənədləri təqdim etməlidir. Əks halda onlara qarşı cərimə sanksiyaları tətbiq olunacaq. Ərizədə təkcə kollektvin heyəti deyil, həm də ev oyunlarının keçiriləcəyi stadion, futbolçuların sığortası, arenalarda təhlükəsizliyin təmin olunmasına zəmanət, stadionlarda yanğınsöndürən və təcili yardım maşınlarının olmasının vacibliyi haqqında müuqavilə və digər bəndlər də öz əksini tapmalıdır. M.Həsənov onu da vurğulayıb ki, heyətdə dəyişikliklərlə bağlı ərizələr birinci turun başlanmasına qalmış bir gün ərzində verilməlidir.

Xəbər lenti

Xəbər lenti