...

Azərbaycan basketbolçusu Aleksandr Rındin "Ural-Qreyt"də oynayacaq

Cəmiyyət Materials 29 İyul 2006 11:31 (UTC +04:00)

Azərbaycanın basketbol üzrə yığması və "Qala" klubunun forvardı Aleksandr Rındin "Ural-Qreyt"dəki karyerasını davam etdirəcək.

Komanda ilə bu yaxınlarda müqavilə imzalamış baş məşqçi Rimas Kurtinaytisin Trend ə verdiyi xəbərə görə, bu keçid oyunçuya özünü Avropanın ən güclü liqalarından birində göstərməyə imkan yaradacaq.

Məşqçi etiraf edib ki, basketbolçunu NBA -nın bu yaxınlardakı draftına qəsdən təqdim etməyib, çünki okeanın o tayındakı işə qəbul edənlərin onun potensialı haqqında heç bir təsəvvürü yoxdur. "Skautların Aleksandra diqqət verməsi üçün yığma çox da beynəlxalq oyun keçirməyib. Ona görə də Rusiyanın Superliqasında çıxış edərkən, öz oyunu ilə diqqəti cəlb etmək onun üçün daha asan olacaq", - deyə R.Kurtinaytis bildirib.

Xatırladaq ki, "Ural-Qreyt"ə getməsinə baxmayvaraq, Rimas əvvəlki kimi milli yığmaya rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti