...

Müdafiə Nazirliyi İranın iş yerləri açılması üçün uzunmüddətli kreditlər ayrılması barədə təkliflərini öyrənir

Cəmiyyət Materials 29 İyul 2006 13:01 (UTC +04:00)

Müdafiə Nazirliyi İranın İmam Xomeyni adına İmdad Komitəsinin iş yerlərinin açılması üçün uzunmüddətli kreditlərin ayrılması barədə təkliflərini öyrənir.

Bu barədə Trend ə nazirlikdən xəbər veriblər.

İmdad Komitəsi təhsil, səhiyyə və kənd təsərrüfatı sahəsində yeni iş yerlərinin açılması üçün uzunmüddətli faizsiz kredit ayırmağı planlaşdırır. Komitə rəhbərinin müavini Hüseyn Ənvər nazirliyin rəhbərliyilə görüşdə belə bir təklif irəli sürüb.

İndiyə qədər komitə az təminatlı ailələrin təhsil, səhiyyə və sosial problemilərinin həlli üzrə bir sıra layihə həyata keçirib. İndi komitə bu əməkdaşlığı genişləndirməyi planlaşdırır. Nazirlik təklifin ətraflı öyrənilməsindən sonra İrana cavab verəcək.

Xəbər lenti

Xəbər lenti