Azərbaycanın ümumtəhsil məktəblərində pedaqoji kadrlar üçün 5562 yer boşdur. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.
Hazırda ölkə məktəblərində 694 Azərbaycan dili və ədəbiyyat, 861 xarici dil, 563 - tarix, 462 - coğrafiya, 379 - kimya, 449 - cəbr, 499 - bədən tərbiyəsi müəllimi yeri boşdur. Daha çox Azərbaycanın Cəlilabad (298 nəfər), Xaçmaz (197), İmişli (302), Lerik (183), Kürdəmir (160), Masallı (180), Yardımlı (166) və Qusar (179) rayonlarında kəskin kadr çatışmazlığı var.