...

Gəncədə "Narkomaniyaya Yox Deyirik" devizi altında tədbir keçirilib

Cəmiyyət Materials 22 Avqust 2006 18:53 (UTC +04:00)

Gəncə şəhər İcra hakimiyyəti ilə şəhər Polis İdarəsi Narkomaniyaya qarşı Mübarizə İdarəsi "Narkomaniyaya yox deyirik" devizi altında tədbir keçirib. Trend xəbər verir ki, Gəncənin Xan bağında təşkil olunan tədbirdə narkomaniya və ondan qorunma yolları haqqında məlumat verilib.

Gəncə Dram Teatrının aktyorları səhnəciklər göstərib və konsert proqramı təşkil olunub. Narkoloji dispanserin baş həkimi Sahil Kərimov narkomaniyanın bir xəstəlik olduğunu bildirib və qeyd edib ki, orta məktəblərdə bu xəstəlik barədə məlumat verilməlidir. Tədbirdə şagirdlərin orta məktəb şagirdlərinin narkomaniya mövzusunda çəkdikləri əl işləri də nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti