...

Azərbaycanda "quş qripi"nə qarşı mübarizə çərçivəsində 2006-2007-ci illərdə vəhşi quşların ovlanmasına qadağa qüvvədə qalır

Cəmiyyət Materials 8 Sentyabr 2006 21:04 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində "quş qripi"nin yayılmasının qarşısının alınması üzrə işləri davam etdirir. Nazirliyin mətbuat xidmətinə istinadən Trend xəbər verir ki, hazırda növbə ilə həyata keçirilən profilaktik tədbirlər hazırlanıb.

Hazırda ölkədə xəstəliyin ocaqları yoxdur və bütün yerlərdə karantin aradan qaldırılıb.

Nazirlikdən bildirilib ki, köçəri quşların miqrasiyası, adətən, avqust ayında başlayır və yanvarda başa çatır.

Xəstəliyin heç bir əlamətinin olmamasına baxmayaraq, hazırda 2006-2007-ci illər üçün vəhşi quşların ovuna qoyulan qadağa qüvvədədir.

Nazirlik virusun aradan qaldırılması istiqamətində tədbirləri davam etdirir və gələcəkdə monitorinqlərin keçirilməsi, miqrasiya xəritəsinin hazırlanması, bülletenlərin dərc olunması, Azərbaycan bölgələrində maarifləndirmə işlərini və s. davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti