...

İsgəndər Cavadov "Neftçi" və keçmiş SSRİ yığmasının veteranları arasında görüşdə het-trik edib

Cəmiyyət Materials 16 Sentyabr 2006 12:42 (UTC +04:00)

Bakı komandasının forvardı İsgəndər Cavadovun 50 illik yubileyi münasibətilə Tofiq Bəhramov adına Respublika Stadionunda "Neftçi" və keçmiş SSRİ yığması arasında keçirilmiş görüş heç-heçə ilə (6:6) başa çatıb.

Trend in xəbər verdiyi kimi, meydan sahibləri Səmədağa Şıxlarovun dəqiq zərbəsindən sonra hesabı birinci açıb. Ancaq Gennadi Litovçenko status-kvonu bərpa edib. Daha sonra növbə yubilyara çatıb və o, Otar Qabeli ilə qarşılaşmada topu məharətlə tora doğru göndərib.

İkinci taymda İ.Cavadov SSRİ yığmasının köynəyində meydana çıxıb və oyun qonaqların üstünlüyü ilə keçib. Əvvəlcə Oleq Salenko dubl edib. Fasilədən sonra İ.Cavadov da iki top vuraraq het-triki təmin edib. Ancaq SSRİ yığması qələbə qazana bilməyib. Belə ki, S.Şıxlarov və Yunis Hüseynovun dəqiq zərbələri "Neftçi"ni məğlubiyyətdən xilas edib.

Xəbər lenti

Xəbər lenti