...

"John Smith Memorial Trust" 2007-ci il üçün abituriyent qəbulu proqramını elan edib

Cəmiyyət Materials 16 Sentyabr 2006 14:04 (UTC +04:00)

"John Smith Memorial Trust" Britaniya təşkilatı 2007-ci il üçün abituriyent qəbulu proqramını ("The John Smith fellowship programme 2007") elan edib. Bu barədə Trend Azərbaycan XİN mətbuat mərkəzinə istinadən xəbər verir.

Proqramda siyasi liderlər, dövlət qulluqçuları, hökumət müəssisəsi və yerli özünüidarə orqanlarının əməkdaşları, media mütəxəssisləri, QHT, vətəndaş cəmiyyəti nümayəndələri, hüquqşünaslar və gənc liderlər iştirak edə bilərər. Proqramın məqsədi demokratiya sahəsində biliklərin təkmilləşdirilməsidir.

Ərizələrin qəbulu 2006-cı ilin noyabrın 7-dək davam edəcək. Əlavə məlumatı isə http://www.johnsmithmemorialtrust.org/Web/Site/Programme/how_to_apply.asp saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti