...

Sergey Belov: Aleksandr Rındinlə hələ çox işləmək lazımdır

Cəmiyyət Materials 20 Sentyabr 2006 11:15 (UTC +04:00)

"Aleksandr Rındin istedadlı və perspektivli oyunçudur. Ancaq onunla hələ çox işləmək lazımdır". Bu barədə Permin "Ural-Qreyt" basketbol klubunun prezidenti Sergey Belov komandanın yeni və Azərbaycan yığmasının mərkəz oyunçusunun kondisiyasını qiymətləndirərkən bəyan edib. Trend in komandanın rəsmi saytına istinadən xəbər verdiyi kimi, S.Belov qeyd edib ki, oyunçu ilə ayrılmaq istəməzdi. Ancaq o, kollektivin baş məşqçisi Rimas Kurtinaytislə daha bir basketbolçunun alınması barədə məsləhətləşmək niyyətindədir. "Litvada yoxlama oyunlarında Aleksandr Sem Xoskini əvəz edən kimi bizdə hər şey yolundan çıxmışdı. Sem qayıdandan sonra isə hər şey qaydaya düşdü", - deyə S.Belov öz təəssüratları ilə bölüşüb.

Xatırladaq ki, əvvəllər A.Rındin peşəkar karyerasında ilk klub olan "Qala"da çıxış edib.

Xəbər lenti

Xəbər lenti