...

AŞ ekspertləri tolerantlıq və din məsələlərində Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsini müsbət qiymətləndirir

Cəmiyyət Materials 26 Sentyabr 2006 18:32 (UTC +04:00)

Avropa Şurasının (AŞ) ekspertləri Azərbaycanın tolerantlıq və din məsələlərində təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini müsbət qiymətləndirirlər. Azərbaycanın ombudsman aparatından Trend ə verilən xəbərə görə, bu barədə Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanovanın AŞ İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının ekspertləri ilə görüşündə qeyd olunub.

Azərbaycan ombudsmanı AŞ ekspertlərinə Azərbaycanda cəzaçəkmə müəssisələrində insan haqlarının müdafiəsi, cəmiyyətdə tolerantlıq və dini etiqad azadlığının möhkəmləndirilməsi, milli azlıqların hüquqlarının qorunması üçün görülən tədbirlər haqqında məlumat verib. Ombudsman "Din vasitəsilə sülh mədəniyyəti" dinlərarası şuranın yaradılması haqqında təşəbbüsünü AŞ ekspertlərinin diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti