...

Yaponiya hökümətinin maliyyələşdirməsi hesabına həyata keçirilən növbəti layihə başa çatdı

Cəmiyyət Materials 29 Sentyabr 2006 19:05 (UTC +04:00)

Azərbaycanda Yaponiya hökümətinin maliyyələşdirməsi hesabına həyata keçirilən növbəti layihə başa çatdı. Yaponiyanın Azərbaycandakı səfirliyindən Trend ə verilən xəbərə görə, oktyabrın 3-də Azərbaycanın Qəbələ rayonunun Uludaş kəndində Yaponiya hökümətinin "İnsan təhlükəsizliyi və ot kökləri" qrant proqramının həyata keçirilməsi çərçivəsində tikilmiş ümumtəhsil məktəbi binasının açılış mərasimi olacaq.

Layihə üzrə müqavilə 2005-ci ilin dekabr ayında Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycanın qeyri -hökümət təşkilatı arasında imzalanıb. Layihənin ümumi dəyəri 92 348 ABŞ dolları təşkil edir. Layihə yaxınlıqdakı 5 kənddə yaşayan təxminən 600 şagirdin təhsil şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Layihənin həyata keçirilməsində iştirak edən Norveç Humanitar Müəssisəsi məktəb avadanlıqlarının alınmasına 12 000 ABŞ dolları məbləğində vəsait ayırıb.

"İnsan təhlükəsizliyi və ot kökləri" proqramı 2000-ci ildən Azərbaycanda həyata keçirilir. Proqram çərçivəsində ümumi dəyəri təxminən 4,7 mln. olan 74 layihə həyata keçirilib. Layihələr Azərbaycanda sosial sahələrin, o cümlədən təhsil, səhiyyə, infrastruktur sahələrinin inkişafına yönəldilib. Azərbaycanın müstəqillik əldə etdiyi vaxt ərzində Yaponiya höküməti ölkəmizə təxminən 700 mln. ABŞ dolları məbləğində yardım göstərib.

Xəbər lenti

Xəbər lenti