Azərbaycan Televiziyasının "Azərbaycan Telefilm" Yradıcılıq Birliyi bəstəkar, məşhur "Cücələrim" mahnısının müəllifi Qəmbər Hüseynli barədə sənədli filmin çəkilişlərinə başlayıb. Filmin rejissoru Sahəddin Elxan, ssenari müəllifi Əhməd Oğuz, opretoru əməkdar incəsənət xadimi Nəriman Şıxəliyevdir.
Trend xəbər verir ki, sənədli film Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin sifarişi əsasında çəkilir. Qısa metrajlı film 40 dəqiqədən ibarət olacaq. Əsasən arxiv materiallarından, fotoşəkillərdən, xatirə albomlarından istifadə ediləcək. Rejissorun sözlərinə görə, süjet xətti konkret qəhrəmanın obrazı üzərində qurulmasa da, filmin sonuna yaxın Qənbər Hüseynlinin nəfəsi ekranlara gələcək.
Səkiliş prosesində iştirak edən bəstəkarın oğlu Nəsimi Hüseynli isə atasının 90 illik yubleyi ərəfəsində onun xatirəsini əbədiləşdirmək üçün zəhmət çəkən hər kəsə minnətdarlığını bildirdi.
Filmin çəkilişləri əsasən Gəncədə, bəzi hissələri isə paytaxt Bakıda keçiriləcək. Filmdə bəstəkarın bəstələrindən istifadə olunacaq. İlin sonuna kimi film Azərbaycan televiziyası ilə yayımlanacaq.