...

Azərbaycanlı xokkeyçilərin "Challenge Cup" yarışı üzrə rəqibləri məlumdur

Cəmiyyət Materials 26 Oktyabr 2006 13:14 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət otüstü xokkey yığmasının gələn il Sloveniyada keçiriləcək "Challenge Cup" yarışı üzrə rəqibləri müəyyən olub.

Trend in xəbər verdiyi kimi, püşkatmaya görə, komanda yarımqrupda Türkiyə, Bolqarıstan və Serbiya komandaları ilə mübarizə aparacaq. "B" qrupunda isə Finlandiya, Slovakiya, Sloveniya və Litva xokkeyçiləri növbəti raunda vəsiqə qazanmalıdır.

Gələn il Mançesterdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadın yığması Almaniya, İspaniya və Ukrayna ilə eyni qrupa düşüb. Turnir lisenziya xarakteri daşıyacaq və qalib Pekin Olimpiadasında iştirak etmək hüququ əldə edəcək.

Xəbər lenti

Xəbər lenti