...

Bakıda 2008-ci ildə Pekində keçiriləcək Olimpiya oyunları ilə bağlı məsələlər müzakirə olunacaq

Cəmiyyət Materials 11 Noyabr 2006 12:48 (UTC +04:00)

Noyabrın 12-də Bakıya səfər edəcək Çin Xalq Respublikasının (ÇXR) Baş Dövlət Bədən Tərbiyəsi və İdman İdarəsi rəisinin müavini, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Çin Olimpiya Komitəsinin vitse-prezidenti Yuy Szaytsinlə Azərbaycanın gənclər və turizm naziri Azad Rəhimov arasında 2008-ci ildə Pekində keçiriləcək Olimpiya oyunları ilə bağlı məsələlər müzakirə olunacaq. Bu barədə Trend ə Azərbaycanın Gənclər və Turizm Nazirliyindən məlumat verilib.

Görüş zamanı həmçinin idman sahəsində Azərbaycan-Çin əməkdaşlııının perspektivləri müzakirə olunacaq.

Noyabrın 13-də saat 11.00-da cənab Syaztsinin H.Əliyev fondu ilə tanışlığı, saat 12-də isə Milli Olimpiya Komitəsində görüşü planlaşdırılıb. Günün ikinci yarısı qonağı prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti