...

Bu gün Moskvada görkəmli şərqşünas Saleh Əliyevin dəfn mərasimi keçiriləcək

Cəmiyyət Materials 22 Noyabr 2006 13:19 (UTC +04:00)

Moskvada görkəmli alim, şərqşünas, tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı, Azərbaycanın "Ocaq" Mədəniyyət Cəmiyyətinin yaradıcılarından biri və rəhbəri Saleh Məmməd oğlu Əliyev vəfat edib. Bu barədə Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir.

Saleh Əliyev 13 dekabr 1929-cu ildə Gəncədə anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin fars dili şöbəsinə daxil olub. 1955-ci ildə Saleh Əliyev Moskvada SSRİ Elmlər Akademiyasının şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. İran tarixi üzrə dissertasiyasını uğurla müdafiə edtikdən sonra o, Şərqşünaslıq İnstitutunda qalıb və ömrünün sonuna kimi burada işləyib.

Xəbər lenti

Xəbər lenti