...

Gəncədə sərbəst güləş üzrə respublika turniri keçirilir

Cəmiyyət Materials 25 Noyabr 2006 11:26 (UTC +04:00)

Gəncə Olimpiya İdman Kompleksində idman ustalığına namizəd, Qarabağ mühərabisəində şəhid olan Mehman Ələkbərovun xatirəsinə həsr edilən sərbəst güləş üzrə VI respublika turniri keçirilir.

Trend in Qərb bürosunun verdiyi məlumata görə, yarışda 10 çəki dərəcəsində 262 idmançı mübarizə aparır. Turnirdə respublikanın müxtəlif raoyn və şəhərindən 25 komanda iştirak edir. Həmçinin qorşu Gürcüstan respublikasının güləşçiləri də bu birincilikdə qüvvələrini sınayırlar.

Gəncə şəhər Güləş Federasiyasının sədri Bəhman Ələkbərovun verdiyi məlumata görə türniri təşkil etməkdə məqsəd respublikamızın tanınməş güləşçisi Mehman Ələkbərovu gənclərə tanıtmaq və Gəncədə idmanın bu növünü daha da inkişaf etdirməkdir.

Turnir 3 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti