...

Futzal üzrə Azərbaycan yığması Türkiyə ilə oynayacaq

Cəmiyyət Materials 21 Dekabr 2006 14:54 (UTC +04:00)

Futzal üzrə Azərbaycan yığması ilin sonuna kimi Türkiyə komandası ilə iki yoxlama görüş keçirməyi planlaşdırıb.

Trend xəbər verir ki, yarışlar dekabrın 26 və 27-də İdman Sarayında keçiriləcək və fevral ayında Eyndxovendə keçiriləcək Avropa çempionatının seçmə türnirində iştiraka hazırlıq mərhələsi sayılacaq. Ona görə türklərə qarşı oyunda meydana ölkənin bütün ən yaxşı futzalçıları çıxacaq, komandanın özəyini isə UEFA kubokunda iştirak etmiş "Araz"ın oyunçuları təşkil edəcək.

Qeyd edilməlidir ki, sonuncu dəfə yoxlama görüşü yığma bir neçə ay öncə Portuqaliyada keçirmiş, dünya reytinqində ikinci yeri tutan meydan sahiblərinə iki grüşdə uduzmuşdu. Onda yığmaya bu yaxınlarda baş məşqçi vəzifəsindən getmiş Elman Ələkbərov rəhbərlik edirdi.

Xəbər lenti

Xəbər lenti