...

Azərbaycanda mehmanxana Assosiasiyası təsis olunub

Cəmiyyət Materials 22 Dekabr 2006 19:12 (UTC +04:00)

Azərbaycanda milli mehmanxana sənayesinin yaradılması, xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət məqsədilə ölkədə mehmanxanalar assosiasiyası təsis olunub, bu barədə Trend xəbər verir.

Assosiasiya qeyri-kommersiya təşkilatıdır və ora 50 otel mehmanxana daxildir. Assosiasiyanın qarşısına qoyulmuş məsələlərə bu sferada normativ-hüquqi aktların hazırlanması, sağlam rəqabət üçün şəraitin yaradılması, yerli bazarda əməkdaşlığa həvəsləndirmə, Turizmin inkişafı istiqamətində milli və beynəlxalq layihə və proqramların hazırlanması və gerçəkləşməsinə kömək və s. daxildir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təsis yığıncağında qeyd etdiyi kimi, Azərbaycanda otel və mehmanxanaların sayı ildən-ilə artır. "Əgər 2001-ci ildə ölkədə cəmi 86 mehmanxana fəaliyyət gösətrirdisə, 2006-cı ildə onların sayı 294-ə çatıb. Bu gün Azərbaycanda 21 yerlik 294 otel və mehmanxana bütün dünyadan olan turistləri qəbul edir, əgər nəzərə alsaq ki, təkcə bu il ölkəyə 1 mln turist gəlib, bu kifayət deyil"-deyə Ə. Qarayev qeyd edib.

Nazir həmçinin, bir çox mehmanxanalarda xidmətdən məmnun olmadığını, otel layihələrinin dünya standartlarına müvafiq olmadığını söyləyib. İndiyə qədər yalnız 45 otel və mehmanxana nazirlikdə sertifikatlaşmadan keçib, nazirlik yanvarın 1-dən otel və mehmanxanaların daha kəskin şərtlərlə liseziyalaşdırılmasını planlaşdırır. Lisenziyalar 5 illiyə veriləcək, sonra mehmanxanalar setifikatlaşmalıdırlar.

Xəbər lenti

Xəbər lenti