...

Olimpiya çempionu Fərid Mansurov tam şəkildə məşqlərə başlayıb

Cəmiyyət Materials 23 Dekabr 2006 10:38 (UTC +04:00)

Aldığı zədədən sonra uzun müddətdir müalicə olunan 2004-cü il yunan-roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov tam şəkildə məşqlərə başlayıb.

Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Elçin Cəfərovun Trend ə bildirdiyinə görə, pəhləvan öz formasının 50 faizini yığa bilib. E.Cəfərov bildirib: "Fəridin yarışlarda iştirak üçün tam hazır olması barədə danışmaq hələ tezdir. Funksional planda o, komanda yoldaşlarından geri qalır, lakin liderin böyük xalça üzərinə iki ildir çıxmamasını nəzərə alsaq, bu, təbii haldır. Bununla belə Fərid tədricən formasını yığır və artıq bir müddət sonra özünün əvvəlki səviyyəsində iştirak edə biləcək".

Xatırladaq ki, döyüşçü belindən aldığı zədədən müalicə olunduqdan sonra Almaniyada müayinədən keçib və fəal məşqlərə başlamaq üçün həkimlərin "razılığını" alıb.

Xəbər lenti

Xəbər lenti