...

Naxçıvan MR-də yeni şahmat məktəbi inşa edilib

Cəmiyyət Materials 29 Dekabr 2006 12:48 (UTC +04:00)

Naxçıvan MR-də şahmat məktəbi inşa edilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, Şərur rayonu ərazisində inşa edilən obyektin açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.

Tədbirdə çıxış edən Ali Məclis sədri Şərur Uşaq Gənclər Məktəbinin açılışı münasibətilə təbrik edərək iştirakçılara idman nailiyyətləri arzulayıb. Sonra şahmat məktəbinə baxış keçirilib.

Ali Məclis sədri tədrisin gedişi ilə də maraqlanıb, şahmat məktəblərinin lazımi ədəbiyyatlarla təmin olunması, bacarıqlı gənclərin müxtəlif yarışlarda iştirakının təmin edilməsi, şahmat məktəbləri müəllimləri üçün də mütəmadi kursların keçirilməsi, təcrübələrinin artırılması istiqamətində tapşırıqlar verib.

Qeyd edək ki, iki mərtəbədən ibarət binanın ilk mərtəbəsində 6 sinif otağı, digər mərtəbədə isə yarışların keçirilməsi üçün idman salonu, kompüter sinfi, hakimlər üçün otaq istifadəyə verilib. Məktəb digər lazımi avadanlıqlardan əlavə şahmat proqramları ilə yüklənmiş 3 kompüterlə də təchiz edilib.

Xəbər lenti

Xəbər lenti