...

Bakıda "Diffamasiya haqqında" qanun layihəsinin növbəti müzakirələri keçirilib

Cəmiyyət Materials 29 Dekabr 2006 13:26 (UTC +04:00)

Dekabrın 29-da ATƏT-in Bakı ofisi və "Yeni nəsil" Jurnalistlər birliyi "Diffamasiya haqqında" qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil ediblər. Bu barədə Trend xəbər verir.

Tədbirin açılışında çıxış edən ATƏT-in Bakı ofisinin başçısının müavini Rabin Sivord Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunmasının əhəmiyyətini vurğulayıb. O, bu qanun layihəsinin məsuliyyətin subyektlərini nəzərdə tutan 9-cu maddəsinin əhəmiyyətini xüsusilə vurğulayıb. ATƏT nümayəndəsi, mühüm addım kimi, Azərbaycan prezidentinin İnsan hüquqlarının müdafiəsi üzrə Fəaliyyət planını təsdiq etməsini qeyd edib və ümidvar olduğunu bildirib ki, bundan sonra da "Diffamasiya haqqında" qanun qəbul olunacaq.

"Yeni nəsil" Jurnalistlər birliyinin başçısı Arif Əliyevin qeyd etdiyi kimi, cəmiyyətdə belə bir təsəvvür yaranıb ki, bu qanun jurnalistlərin cəzalanmasını tamamilə istisna edir, əslində isə bu, belə deyil. O həmçinin bildirib ki, bu qanun layihəsi ekspertiza üçün ATƏT-ə verilib.

Sonra ekspertlər, hüquqşünaslar və jurnalistlər təklif olunmuş qanun layihəsinə dair öz irad və təkliflərini bildirib.

Xəbər lenti

Xəbər lenti