...

Rusiyada miqrantların hüquqları pozularsa, Moskva meriyasının Milli Azlıqların Məşvərət Şurası məsələyə müdaxilə edəcək

Cəmiyyət Materials 11 Yanvar 2007 17:56 (UTC +04:00)

Moskva şəhər meriyasının Milli Azlıqların Məşvərət Şurasında Rusiyada qeyri-leqal yaşayan miqrantlarla bağlı çıxarılmış yeni qanunla əlaqədar xüsusi bir komissiya yaradılıb. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

İ.Hacıyev bildirib ki, bu gün - yanvarın 11-də Məşvərət Şurasının toplantısı keçirilib və orada miqrantlara qarşı qanun pozuntuları baş verəcəyi təqdirdə onlara nə kimi köməklik göstərilməsi məsələsi müzakirə olunub: "Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şəhər təşkilatı meriyadakı Millətlərarası Məşvərət Şurasının üzvüdür. Bu qurumun mütəmadi olaraq tədbirləri, konfransları keçirilir. Bugünkü konfransda miqrantların qanuni haqları pozularsa, polislər tərəfindən zorakılığa məruz qalarlarsa, Şuranın onlara hansı köməkliyi göstərə biləcəyi müzakirə olunub. Əgər belə hallar baş verərsə, miqrantların hüquqları pozularsa, Şuranın rəhbərliyi, Rəyasət Heyəti buna reakasiya verəcək"-deyə İ.Hacıyev bildirib.

O əlavə edib ki, bu Şurada Moskvadakı müxtəlif xalqların diaspor təşkilatları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti