...

Mətbuat Şurasının sədri: "Səsləndirilən təkliflər ümumiləşdirildikdən sonra prezidentə müraciət edəcəyik"

Cəmiyyət Materials 12 Yanvar 2007 18:49 (UTC +04:00)

Enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişin daşımalarının qiymətlərinin artırılmasından sonra mətbuatın üzləşdiyi problemlərlə əlaqədar olaraq Mətbuat Şurası gələn həftə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edəcək. Trend in məlumatına görə, bu haqda qərar Mətbuat Şurasının təşkilatçılığı ilə yanvarın 12-də keçirilən tədbirdə qəbul olunub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, qəbul edilən qərara əsasən, irəli sürülən təkliflər ümumiləşdiriləcək və qurumun gələn həftə keçiriləcək iclasında müzakirə olunacaq. "Bundan sonra prezident İlham Əliyevə müraciət olunacaq", - deyə Əflatun Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti