...

Nazir: bu il məktəblərdə istilik sistemləri bərpa olunacaq

Cəmiyyət Materials 29 Yanvar 2007 11:01 (UTC +04:00)

2007-çi ildə dövlət büdcəsindən respublikanın orta təhsil müəssisələrinin istilik sistemlərinin bərpası üçün vəsait ayrılıb. Bu barədə məlumatı Trend ə Samuxa səfər edən təhsil naziri Misir Mərdanov verib.

Nazirin sözlərinə görə, məktəblərin qış aylarında qızdırılması məqsədilə dövlət büdcəsindən Təhsil Nazirliyinə 5 milyon manatdan çox vəsait ayrılıb.

"Ölkədə 4 min 500-dən çox məktəb var. Bu işi 1-2 ilə görmək çox çətindir. Düşünürəm tədricən məktəblərdə istilik sistemləri tam qaydaya salınacaq" deyə təhsil naziri bildirib.

Nazir respublikada yeni tikilən məktəblərdə istilik sistemlərinin quraşdırıldığını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti