...

Azərbaycanın Salyan rayonunun vəfat etmiş sakininin analizləri üzrə laborator rəyi gözlənilir

Cəmiyyət Materials 2 Fevral 2007 13:01 (UTC +04:00)

Yanvar ayının sonunda bronxopnevmoniya səbəbindən Elmi -tədqiqat Ağciyər xəstəlikləri institutunda vəfat etmiş Azərbaycanın Salyan rayonu sakininin analiz nümunələri təkrar müayinə üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Veybric laboratoriyasına göndərilib.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, cavabların həftə ərzində alınacağı gözlənilir.

Əvvəl xəstənin analizləri Azərbaycanın 3 müxtəlif laboratoriyalarında yoxlanılıb, bütün hallarda H5N1 virusunun olmaması təsdiq olunub.

ÜST-in məlumatlarına görə 29 yanvar 2007-ci il tarixində insanlar arasında H5N1 virusuna yoluxmuşların sayına dair dünyada olan vəziyyət aşağıdakı cədvəldə əks olunub. Yoluxanların ümumi sayına həmçinin ölüm halları da daxildir:

Ölkə

2005

2006

2007

Hallar

Ölüm

Hallar

Ölüm

Hallar

Ölüm

Azərbaycan

0

0

8

5

0

0

Kamboca

4

4

2

2

0

0

Çin

8

5

13

8

0

0

Cibuti

0

0

1

0

0

0

Misir

0

0

18

10

1

1

İndoneziya

19

12

56

46

6

5

İraq

0

0

3

2

0

0

Tayland

5

2

3

3

0

0

Türkiyə

0

0

12

4

0

0

Vyetnam

61

19

0

0

0

0

Ümumi

97

42

116

80

7

6

Xəbər lenti

Xəbər lenti