...

Prokuror MAU-nun rektoruna iş istəyəcək

Cəmiyyət Materials 1 Mart 2007 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Martın 2-də Binəqədi rayon məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə Müstəqil Azərbaycan Universitetinin (MAU) rektoru Abbas Mustafayev, mühasib Esmira Eyvazova və xəzinədar Şirin Əsgərovanın məhkəmə prosesi keçiriləcək. Məhkəmədən bildirilib ki, prosesdə prokuror təqsirləndirilənlərə iş istəyəcək. Prosesdə həmçinin vəkillərin də çıxışı gözlənilir.

Qeyd edək ki, A.Mustafayev uzun müddətdir xəstə və stasionar müalicədə olduyğundan proses qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.

Xatırladaq ki, rektor A.Mustafayev, mühasib E.Eyvazova, xəzinədar Ş.Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. A.Mustafayev barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti