Qobustan Qapalı Həbsxanasında rejim qaydalarının yüngülləşdirilməsinə dair təkliflər hazırlanacaq

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi, ədliyyə nazirinin müavini Nazim Ələkbərovun Trend ə eksklüziv müsahibəsi

- Son günlər Qobustan qapalı həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar tərəfindən mətbuata ötürülən məktublarda həbsxanada vəziyyətin gərginləşməsi barədə məlumatlar verilir. Qobustan həbsxanasında ölüm faktlarının artdığını iddia edən məhkumlar günahkarların cəzasız qalmasından, həmin faktların obyektiv araşdırılmamasından şikayət edirlər.

- Qobustan həbsxanası ilə bağlı reallığa uyğun olmayan, qeyri-obyektiv və məhkumların psixoloji durumuna neqativ təsir edən məlumatların yayılması məqsədli şəkildə həyata keçirilir. Bu məlumatlar həqiqətə uyğun deyil. Ötən il ərzində Qobustan həbsxanasında 5 ölüm faktı baş verib. Məhkumlar Yusifov Rüfət Gülağa oğlu və Mehdiyev Cavid Qəşəm oğlu kəskin ürək-damar çatışmazlığından vəfat ediblər. Bağırov Maqbet Eldaroviç, Aslanov Kamandar Aslan oğlu və Səfərəliyev Yuriy Abutalıboviç intihar ediblər. Qeyd olunan bütün faktlar Qobustan həbsxanasının yerləşdiyi ərazi üzrə Qaradağ rayon prokurorluğu tərəfindən araşdırılıb və bu faktlar üzrə toplanmış materiallarda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilib. Bu il fevralın 17-də isə Ayaz İmanov ürək-damar çatışmazlığından vəfat edib. Bu faktla bağlı Qaradağ rayon prokurorluğu tərəfindən hal-hazırda araşdırma aparılır.

- Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin bir müddət öncə Qobustan həbsxanasında keçirdikləri monitorinqlərin nəticələri əsasında hazırladığı hesabat mətbuata açıqlanıb. Hesabatda qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hansı tədbirlər görülüb?

- Qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı bir sıra işlər görülüb. Belə ki, həbsxana ərazisində mövcud standartlara cavab verən yeni mətbəx inşa olunub və müasir avadanlıqlarla təmin olunub. Qidanın keyfiyyətinə nəzarət gücləndirilib. Yeməklərin hazırlandığı yerdə gigiyenik və sanitar qaydalara tam riayət olunur, mətbəx yuyucu vasitələrlə tam təchiz olunub, yemək bloku standart qaydalara cavab verir.

Məhkumların saxlanma kameralarında sanitar-gigiyenik normalara riayət olunur. Yataq dəstləri mütəmadi olaraq dəyişdirilir. Həbsxananın kitabxanası latın qrafikalı ədəbiyyatlarla zənginləşdirilərək məhkumların istifadəsinə verilib. Sanitar-tibbi hissədə saxlanılan vərəm xəstələri ilə digər xəstələrin kamera-palatalarının yeni dəhlizə açıldığını nəzərə alaraq vaxtlı-vaxtında dəhlizin havası dəyişdirilir. Kameralar və dəhlizlər dezinfeksiya olunur. Vərəmli məhkumlar üçün gəzinti meydançası ayrılıb. Vərəmli xəstələrlə digər xəstələrin bir kamera-palatada saxlanılmaması nəzarətə götürülüb.

-Avropa Şurasının İşgşncələr Əleyhinə Komitəsinin nümayəndələri ötən ilin sonlarında Qobustan qapalı həbsxanasında monitorinq keçirib. Həmin monitorinq zamanı beynəlxalq ekspertlərin Penitensiar Xidmətə hansı irad və tövsiyələri olub?

-İşgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin ekspertləri ötən ilin noyabrında Azərbaycanda səfərdə olarkən Penitensiar Xidmətin bir neçə cəza çəkmə müəssisəsində, o cümlədən Qobustan həbsxanasında olub və səfərin nəticələrinə dair Azərbaycan hökumətinə hesabat təqdim ediblər. Hesabatda bir sira sahələrdə irəliləyişin olduğunu qeyd ediblər. Həbsxanada korpusların kameralarını, xüsusilə 1-ci korpusdakı əksər kameraların, habelə hamamların təmir olunduğu xüsusilə qeyd edilib. Bundan başqa Avropa Şurası ekspertləri Qobustan həbsxanasında səhiyyə xidmətlərinin, tibbi avadanlıqların və dərman təchizatının yaxşılaşdırılması üzrə görülmüş tədbirləri yüksək qiymətləndiriblər. Ömürlük və digər uzun müddətə azadlıqdan məhrum edilmiş məhkumların 23 saatını kameralarında qapalı şəraitdə heç bir fəaliyyətlə məşğul olmadan keçirmələri narahatçılıq doğurub. Tibbi zərurət yarandığı hallarda belə kamera qapılarının gecə vaxtı açıq qalmasında olan çətinlik narahat doğuran məsələ kimi göstərilib.

- Ekspertlərin fikrincə, Qobustan həbsxanasında rejim qaydaları ağırdır və rejim qaydalarının yüngülləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər olunmalıdır.

- Qobustan həbsxanasında rejim qaydaları qüvvədə olan Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir. Gələcəkdə rejim qaydalarının yüngülləşdirilməsi ilə bağlı təkliflərin hazırlanıb aidiyyatı orqanlara verilməsi nəzərdə tutulub.

- Qobustan həbsxanasının koçürülməsi və yeni həbsxananın tikilməsi nəzərdə tutulub. Həmçinin yeni cəza çəkmə müəssisələrinin tikintisi və şəhərdə yerləşən müəssisələrin regionlara köçürülməsi ilə bağlı hazırda hansı işlər görülür?

- Penitensiar Xidmətdə aparılan islahatlar çərçivəsində regionlarda bir neçə qarışıq rejimli cəza çəkmə müəssisəsi tikilməkdədir. Lənkəranda 20 ha ərazidə tikilən qarışıq rejimli müəssisə 1000 nəfər məhkum üçün nəzərdə tutulub. Müəssisə kompleksinə istintaq təcridxanası, ümumi və ciddi rejimli, həmçinin qadın və yeniyetmə məhkumların cəza çəkməsi nəzərdə tutulan korpuslar aiddir.

Naxçıvanda tikilən qarışıq rejimli müəssisədə də həmçinin istintaq təcridxanası, ümumi və ciddi rejimli, qadın və yeniyetmə məhkumların cəza çəkməsi nəzərdə tutulan korpuslar olacaq. Şəki şəhərinin girəcəyində 14 ha ərazidə inşa edilən cəza çəkmə müəssisəsinin də tikintisi davam etdirilir.

Qobustan həbsxanasının əvəzinə Bakı şəhərinə daha yaxın ərazidə, Umbakı qəsəbəsi yaxınlığında yeni həbsxananın tikilməsi nəzərdə tutulub.

Yeni həbsxananın layihəsi hazırlanarkən onun Avropa standartlarına tam cavab verməsi nəzərdə tutulub.

SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Loading Bars
Xəbər lenti
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb
Bakıda kirayə mənzillər ucuzlaşıb
Bakıda yaşayış binasında yanğın olub
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tovuzda birmərtəbəli ev yanıb
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
Avropa çempionatında güləşçimiz Turan Bayramov gümüş medal qazanıb
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və revanşist düşüncələrdən əl çəkməlidir - Deputat
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Azərbaycan "Şərq tərəfdaşlığı" ölkələri arasında vahid rouminq məkanının yaradılması təşəbbüsünə qoşulub
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək
SOCAR-ın Türkiyədəki neft-kimya kompleksinin satışlarının artımı proqnozlaşdırılır
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Prezident İlham Əliyev: Tövsiyə etmişəm ki, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Prezident İlham Əliyev: Əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur
Azərbaycan Prezidenti: Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Azərbaycan Türkiyədən təxminən 20 milyon dollarlıq avtomobil idxal edib
Bakıda torpaq qiymətləri bahalaşıb
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb
Azərbaycanda ani buraxılış imkanı ilə rəqəmsal kartlar təqdim olunacaq
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib - Agentlik sədri
Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib
Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Maştağada 9 obyektin su təchizatı şəbəkəsinə qanunsuz qoşulması aşkarlanıb
Angela Merkel Qarabağdan danışdı
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (FOTO/VİDEO) (YENİLƏNİB)
Hər zaman partlamağa hazır bomba: Ermənistanın “Metsamor” təhdidi
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib (FOTO)
Zəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir - HDQ komandanı
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib (FOTO)(YENİLƏNİB)
Güclü külək əsəcək - Xəbərdarlıq
İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)(YENİLƏNİB)
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb
Könül Nurullayeva Pakistanın nüfuzlu mətbu orqanında post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib
Azərbaycanda qızıl ucuzlaşıb
Sabah 30 dərəcəyədək isti olacaq, külək əsəcək
Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb
“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın NEXI şirkəti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
9 minə yaxın şəxs poliklinikada, 4 əlil isə evində peyvənd olunub - Şöbə müdiri
Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib
C.Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib (FOTO/VİDEO)
Bakı Ali Neft Məktəbində “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar (FOTO)
BNA tanınmış reperə vəzifə verilməsi məsələsinə aydınlıq gətirdi
Bu il Azərbaycana gələnlərin sayı açıqlanıb
Paşinyan iki nazir müavinini vəzifədən azad edib
Bir sıra tibb müəssisələrində yoxlamalar başlanıldı (FOTO/VİDEO)
Məcburi köçkün məktəblərinin dislokasiyası tez-tez dəyişir - Təhsil Nazirliyi
Prezident İlham Əliyev Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib (FOTO)(YENİLƏNİB)
Həftədə 500 qaziyə psixoloji yardım göstərilir - Səhiyyə Nazirliyi
Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir – XİN
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib (YENİLƏNİB) (FOTO)
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib (FOTO) (YENİLƏNİB)
AFFA Super Liqanın yaradılmasına münasibət bildirdi
Bütün xəbərlər