...

MAU-nun tələbələri Binəqədi rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib

Cəmiyyət Materials 2 Mart 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Müstəqil Azərbaycan Universitetinin tələbələri Binəqədi rayon məhkəməsinin qətnaməsindən bu gün Apellyasiya Məhkəməsinə şikayət veriblər. Bu barədə məlumat verən tələbələrin məhkəmədəki nümayəndəsi İntiqam Əliyev bildirib ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və tələbələrin təhsil hüquqlarının bərpası tələb olunur. Qeyd edək ki, Təhsil Nazirliyinin qərarı ilə MAU-nun ləğvindən sonra universitetin tələbələri təhsil hüquqlarının bərpası ilə bağlı Təhsil Nazirliyinə və MAU-ya qarşı Binəqədi rayon məhkəməsinə iddia ilə müraciət edib. Binəqədi rayon məhkəməsi isə onların iddiasını təmin etməyib.

Xəbər lenti

Xəbər lenti