...

Millət vəkili Nizami İsgəndərov: "Sumqayıt bələdiyyəsində özbaşınalıq hökm sürür"

Cəmiyyət Materials 12 Mart 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Sumqayıt bələdiyyəsində özbaşınalıq hökm sürür. Sumqayıt şəhərindən millət vəkili seçilən Nizami İsgəndərov bildirib ki, belə hallara son qoymaq üçün "Bələdiyyə işçilərinin etik davranış kodeksi" qəbul edilməlidir.

"Sumqayıt bələdiyyəsi heç bir qanuna məhəl qoymur. Seçiçilərin şikayətinin çox hissəsi Sumqayıt bələdiyyəsinin fəaliyyəti ilə bağldır. Məndə seçicilərin qalaq-qalaq şikayətləri var. Bələdiyyə işçiləri insanları get-gələ salır, müraciətlərə və şikayətlərə laqeyd yanaşırlar. Bu da insanların hüquqlarının pozulması deməkdir", -deyə millət vəkili bildirib.

N.İsgəndərov hesab edir ki, bələdiyyələr yeni təsisatlardır və bu qurumların fəaliyyətinə qanunla nəzarət olunmalıdır: "Əgər bələdiyyələrin fəaliyyətinə qanunla nəzarət edilsə, onların yol verdikləri qanunsuzluğun qarşısını almaq mümkün olar."

Xəbər lenti

Xəbər lenti