...

Azərbaycanın Apellyasiya Məhkəməsi Tarif Şurasının qərarlarını qüvvədə saxlayıb

Cəmiyyət Materials 14 Mart 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu gün Apellyasiya Məhkəməsində İsmayıl Vəliyevin sədrliyi ilə Tarif Şurasının 6 yanvar tarixli qərarlarının Azərbaycan Respublikası Konstitusiyana zidd hesab edilməsi barədə şikayətinin geri qaytarılması barədə Səbail rayon məhkəməsinin 13 fevrall tarixli qərardadından verilən şikayətə baxılıb. Apellyasiya Məhkəməsi şikayəti qəbul etməyib və Səbayel rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. İddiaçılar məhkəmənin qərarı ilə razı deyillər və bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Bir qrup hüquqşünas və QHT təmsilçisi Tarif Şurasına qarşı Səbail rayon məhkəməsində 3 iddia qaldırıblar. İddiaçılar məhkəməyə ünvanladıqları şikayətdə Tarif Şurasının qərarlarının onların Konstitusiyanın 13-cü, 16-cı, 31-ci, 71-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8 (özəl həyata müdaxilə), 10 (informasiya əldə etmək hüququ) və 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə təminat verilən hüquqlarını pozduğu üçün qüvvədən düşmüş sayılmasını xahiş ediblər.

İddiaçılar məhkəmənin qərarını qanunsuz hesab etdikləri üçün ondan apellyasiya şikayəti verərək Səbail rayon məhkəməsinin qərardadının qanunsuz olduğu üçün ləğv edilməsini, şikayətin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, bilə-bilə qanunsuz qərar çıxardığına görə hakim İlham Ağayev barəsində xüsusi qərardad çıxarılmasını xahiş ediblər.

Daha bir şikayət isə Tarif Şurasının qərarlarının Konstitusiyaya zidd olması ilə bağlı Konstitusiya Məhkəməsinə ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti