...

"Müxalifət"qəzeti əməkdaşının iddiası təmin olunub

Cəmiyyət Materials 2 Aprel 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Nəsimi rayon məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyi ilə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin Samir Şərifova qarşı informasiya sorğusuna əsaslı cavab verməməsi ilə bağlı iddiasıüzrə məhkəmə prosesi keçirilib. Ağazadə bazar ertəsi Trend ə bildirib ki, prosesdə Maliyyə Nazirliyinin ötən il təftiş və yoxlama aparılması nəzərdə tutulan iş planının məhkəməyə təqdim olunması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin edib. Nazirlik adıçəkilən iş planını sabah keçiriləcək prosesdə məhkəməyə təqdim etməlidir.

Bu gün həmçinin Yasamal rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə Ağazadənin Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə qarşı informasiya sorğusuna cavab verməməsi ilə bağlı iddiasıüzrə qərar çıxarılıb. Məhkəmə iddianı təmin edib. Belə ki, Ağazadə sorğusunda Dövlət Gömrük Komitəsində 2005-2006-cı illər ərzində korrupsiya faktı ilə bağlı işdən çıxarılan şəxslərin sayı barədə məlumat istəyib. Əliyev isə sorğunu cavablandırmaıb.

Xəbər lenti

Xəbər lenti