...

Deputatlar öz gəlirləri haqqında hesabat verəcəklər

Cəmiyyət Materials 2 Aprel 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin deputatları öz gəlirləri haqqında hesabat verəcəklər. Bu barədə bazar ertəsi Bakıda Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev məlumat verib.

B.Əliyev qeyd edib ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Əsasnaməsində hakimiyyətin üç qolundan ikisinin - məhkəmə orqanları nümayəndələrinin və Milli Məclis deputatlarının bu strukturların müəyyən etdiyi orqanlara öz gəlirləri haqqında deklorasiya təqdim etmələri nəzərdə tutulub.

"Milli Məclis bu orqanı təyin edəcək və deputatlar öz gəlirləri haqqında deklorasiyanı ora təqdim edəcəklər", -deyə millət vəkili əlavə edib.

B.Əliyev onu da bildirib ki, millət vəkilləri deputatlığa, hakimlər isə hakimliyə namizəd olduqları vaxt deklorasiya təqdim edirlər: "Onlar öz əmlakları, gəlirləri, borcları haqqında rəsmi sənədlər təqdim edirlər, Bu da deklorasiya verməkdir. Mərkəzi Seçki Komissiyasına və müvafiq orqanlara müraciət etməklə deputatların və hakimlərin fəaliyyətinin iqtisadi tərəfləri haqqında tam şəffaf olan məlumatları əldə etmək mümkündür."

Xəbər lenti

Xəbər lenti