...

"Şirvan" futbol klubu UEFA-nın Regional Kubokunda iştirak edəcək

Cəmiyyət Materials 5 Aprel 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "Şirvan" futbol klubu aprelin 25-də Bakıda start götürən UEFA Regional Kubokunda Azərbaycanı təmsil edəcək.

Trend xəbər verir ki, UEFA-nın beynəlxalq turnir kimi təsis etdiyi həvəskar futbolçular arasında müsabiqədə Əli Bayramlıdan olan komanda İsveçrə, Gürcüstan və Serbiya ilə qüvvəsini sınayacaq. Turnirin seçmə oyunları İ.Qayıbov adına stadionda və "Şəfa"da olacaq. Buna görə də ev sahibi hesab olunan komandanın doğma divarlar arasında qalib gəlmək üçün yaxşı şansı var. Üstəlik Azərbaycan həvəskarları çox da böyük tarixi olmayan Regional Kubokda ənənəvi olaraq uğurlu çıxış edirlər.

Qeyd etmək lazımdır ki, UEFA Kubokunun analoqu hesab olunan Avropa Kubokunun seçmə turları bir dəfə Azərbaycanda keçirilib.

Xəbər lenti

Xəbər lenti