...

AOK prezidenti Patrik Xikki Bakıya gəlib

Cəmiyyət Materials 7 Aprel 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Xikki Bakıya səfərə gəlib.

Trend ə verilən məlumata görə, ali qonaq Bakıda Azərbaycan prezidenti, MOK başçısı İlham Əliyevlə görüşəcək və ölkədəki idman obyektlərinin vəziyyəti ilə maraqlanacaq.

Tərəflərin bir çox məsələləri müzakirə edəcəyi gözlənilir, bura həmçinin ölkə yığmasının Pekində keçiriləcək Olimpiadaya hazırlığı da daxildir.

İrlandiyalı qonaq Taekvando Mərkəzi, ot üzərində xokkey kompleksi, H.Əliyev adına İdman-Konsert kompleksi, İdman Sarayı və digər məkanlara (yerlərdə, obyektlərdə) baş çəkəcək.

AOK prezidentinin gələn həftənin əvvəllərində Masallıda Olimpiya kompleksinin təntənəli açılış mərasimində iştirak edəcəyi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti