...

"Müxalifət"ə barışıq təklif olunmayıb

Cəmiyyət Materials 9 Aprel 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu gün Yasamal rayon məhkəməsində hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə millət vəkili Cəlal Əliyevin "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirliyə və qəzetin əməkdaşı Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib. R.Kəbirli bazar ertəsi Trend ə bildirib ki, prosesdə vəkili Rəşad Hacılı və iddiaçının vəkili İkram Şirinov çıxış ediblər. Baş redaktor qarşı tərəfin vəkilinin çıxışında barışıq təklifinin səslənmədiyini və xüsusi ittiham qaydasında şikayətin müdafiə edildiyini deyib. Növbəti məhkəmə prosesi aprelin 13-də keçiriləcək. Həmin gün iddia ilə bağlı qətnamənin qəbul edilməsi gözlənilir.

Qəzetin 24 fevral və 3 mart tarixli saylarında dərc olunmuş "A.M.A.Y-Əliyevlər ailəsinin ticarət nişanı" adlı məqalə ilə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən millət vəkili baş redaktoru və məqalə müəllifinə qarşı Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci (böhtan) maddəsi ilə cinayət işinin açılmasını istəyib.

Xəbər lenti

Xəbər lenti