...

Heydər Əliyevin xatirəsinə həsr olunan turnir iki şəhərdə keçirilə bilər

Cəmiyyət Materials 12 Aprel 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Z.Səfərov/ Heydər Əliyevin xatirəsinə həsr olunmuş qadınlar arasında voleybol turniri eyni zamanda iki şəhərdə keçirilə bilər. Trend in məlumatına görə, avqustun sonunda ölkəmizə gələcək komandaların sayından asılı olaraq alt qruplardakı oyunlar Bakı ilə yanaşı Qubada da keçirilə bilər. Hər halda Azərbaycanın Voleybol Federasiyası turniri daha da maraqlı etmək üçün bu ideya üzərində düşünür. Xatırladaq ki, iki il əvvəl Qran-Pri turnirinin Avropa mərhələsi məhz Qubada təkşil olunmuşdu, Faiq Ağayevin yetirmələri isə burada Qazaxıstan, Rusiya və digər ölkələrdən olan komandalarla yoldaşlıq oyunları keçirmişdilər.

Onu da qeyd edək ki, artıq sözügedən turnirdə iştirak üçün Türkiyə, Ukrayna və Bolqarıstandan olan komandalar öz razılıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti