...

Monitorinq: Azərbaycandakı xarici şirkətlərdə işdən çıxarılanların sayı artıb

Cəmiyyət Materials 13 Aprel 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın neft sahəsində çalışan işçilər tərəfindən ötən il və bu ilin birinci rübündə 830 şikayət daxil olub. Bu barədə cümə günü Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, şikayətlərin əksəriyyəti yüksək təhlükəli olan işlərdə işçilərin icbari sığorta olunmaması, işçilərin əmək hüquqlarının qəsdən pozulması və məhkəmələrdə bu qanunsuzluqların müxtəlif yollarla qorunması ilə bağlıdır. Qəhrəmanlı bildirib ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə 10 000-dən artıq işçi vəzifəsindən çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkətində (ADNŞ) isə 300-dən artıq işçi vəzifədən çıxarılıb. ADNŞ-da aparılan struktur islahatlarla əlaqədar daha 500-ə yaxın işçiyə xəbərdarlıq edilib. Hüquqlarının pozulması ilə bağlı 35 neftçi iddi ərizəsi ilə məhkəməyə müraciət edib. Onlardan altısının iddiası təmin olunub. Bunlardan dördü işə bərpa, biri ölüm hadisəsi, biri isə əməyin mühafizəsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti